Şəmkirdə fermada yanğın olub, çoban yanaraq ölüb

Şəmkirdə fermada yanğın olub, çoban yanaraq ölüb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
26 Aprel , 2017 11:09
Şəmkirdə fermada yanğın olub, çoban yanaraq ölüb

Bakı. 26 aprel. REPORT.AZ/ Şəmkir rayonunda fermada yanğın olub, çoban yanaraq ölüb.

"Report"un məlumatına görə, hadisə  aprelin 25-nə keçən gecə rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib. Nəticədə 12 kvadratmetr sahədə yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi