Şəmkirdə dərəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub

Hadisə
  • 08 sentyabr, 2018
  • 21:56
Şəmkirdə dərəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub

Bakı. 9 sentyabr. REPORT.AZ/ Dünən axşam saatlarında Şəmkir rayonu, Seyfəli kəndində dərəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.

"Report" FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonu, Seyfəli kəndində dərəlik ərazidə 1 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici dəstəsi tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

44 - Tezliklə