Şəmkirdə bir gün əvvəl avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb

Hadisə
  • 15 noyabr, 2017
  • 14:40
Şəmkirdə bir gün əvvəl avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb

Şəmkir. 15 noyabr. REPORT.AZ/ Ötən gün Şəmkir rayonunda avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Düyərli kənd ərazisində yolu keçən zaman "VAZ-2106" markalı avtomobil tərəfindən vurulan kənd sakini Ramazan Quliyev həkimlərin səylərinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.