Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var

Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var Şəmkir şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
17 May , 2022 08:32
Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var

Şəmkir şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 2 avtomobilin toqquşması nəticəsində, 1996-cı il təvəllüdlü N.Rüstəmli, 1993-cü il təvəllüdlü E.Bağırov və 1994-cü il təvəllüdlü X.Qasımova müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan N.Rüstəmlinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi