Şəmkirdə avtomobil aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB 

Şəmkirdə avtomobil aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB  Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
2 İyul , 2021 07:54
Şəmkirdə avtomobil aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB 

Şəmkir rayonunda avtomobil idarəetmədən çıxaraq aşıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza nəticəsində Tovuzdan Şəmkir rayonuna işləməyə gələn 5 nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

07:22

Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində baş verib. Hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.

Qəza nəticəsində azı 1 nəfərin xəsarət aldığı bildirilir.

Hadisənin təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi