Şəmkirdə avtomobil qəzası baş verib, 2 nəfər ölüb - YENİLƏNİB

Şəmkirdə avtomobil qəzası baş verib, 2 nəfər ölüb - YENİLƏNİB Şəmkir. 10 yanvar. REPORT.AZ/ Şəmkir rayonunda ağır yol qəzası baş verib.
Hadisə
10 Yanvar , 2019 19:26
Şəmkirdə avtomobil qəzası baş verib, 2 nəfər ölüb - YENİLƏNİB

Şəmkir. 10 yanvar. REPORT.AZ/ Şəmkir rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeniabad kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Nüsrət Rzazadənin idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Raul İsazadə hadisə yerində ölüb. N.Rzazadə isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


*** 18:52

Şəmkir rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes-Benz" markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 2 nəfər ölüb. Hazırda onların hər ikisinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi