Şəmkirdə yol qəzası baş verib, xəsarət alan var
Hadisə
- 20 dekabr, 2016
- 16:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda yol qəzası baş verib.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qırxqışlaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Sənan Tağıyev şəxsi avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və qarşıdan gələn minik maşını ilə toqquşub. O, "təcili yardım" maşını ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib, əməliyyat olunub. S.Tağıyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Digər avtomobilin sürücüsünün və sərnişinlərinin xəsarət almadığı bildirilir.
İlkin məlumata görə, S.Tağıyev avtomobili içkili vəziyyətdə idarə edib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
19:31
Famil Xəlilov: Azərbaycan millisi növbəti oyunlarda qələbələr qazanaraq təcrübəsini artıracaq
Futbol
19:30
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
İnfrastruktur
19:29
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
Xarici siyasət
19:28
Foto
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
Mədəniyyət siyasəti
19:26
Foto
Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Mədəniyyət siyasəti
19:21
Foto
Video
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
Hərbi
19:18
ABŞ Şimali Koreyaya müdafiə dəstəyinə görə 11 şəxs və şirkətə sanksiyalar tətbiq edib
Digər ölkələr
19:10
İspaniyada üçgünlük ümummilli matəm elan edilib - Yenilənib
Digər ölkələr
19:09
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr