Şəmkirdə avtomobil dirəyə çırpılıb, ölən və yaralılar var

Hadisə
  • 02 yanvar, 2023
  • 01:30
Şəmkirdə avtomobil dirəyə çırpılıb, ölən və yaralılar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri dünyasını dəyişib. 

"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir şəhərində avtomobil qəzasında xəsarət alanlardan biri, 2004-cü il təvəllüdlü Məhərrəm Məmmədov Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman yolda dünyasını dəyişib. 

Qeyd edək ki, "Hyundai" markalı avtomobilin elektrik dirəyinə çırpılması nəticəsində daha 2 nəfər xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

05:16

Şəmkir şəhərində yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 1-ci küçəsində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində 2004-cü il təvəllüdlü Məhərrəm Məmmədov, 2004-cü il təvəllüdlü Telman Məmmədli və 2001-ci il təvəllüdlü Samir Pənahov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.