Şəmkirdə avtomobil 7 yaşlı uşağı vurub - YENİLƏNİB

Şəmkirdə avtomobil 7 yaşlı uşağı vurub - YENİLƏNİB Şəmkirdə avtomobilin vurduğu azyaşlının şəxsiyyəti məlum olub.
Hadisə
4 İyun , 2020 23:05
Şəmkirdə avtomobil 7 yaşlı uşağı vurub - YENİLƏNİB

Şəmkirdə avtomobilin vurduğu azyaşlının şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Çinarlı qəsəbəsində yolu qarşı tərəfə keçmək istəyən 7 yaşlı Ə.Əhmədovu VAZ-2107 markalı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***21:50

Şəmkirdə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. 

Yolu qarşı tərəfə keçmək istəyən azyaşlını avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi