Şəmkirdə avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Hadisə
  • 14 yanvar, 2023
  • 18:06
Şəmkirdə avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Şəmkir rayonunun Sabirkənd kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, 1992-ci il təvəllüdlü Nizami Qəribzadə və 1995-ci il təvəllüdlü Lamiyə Qəribzadə xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.