Şəmkirdə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB
- 10 mart, 2020
- 06:38
Şəmkir rayonunda baş verən ağır yol qəzası zamanı xəsarət alan şəxslərin adları məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza zamanı Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü İntiqam Cəfər oğlu Rəsulov, Hikmət Camal oğlu Məmmədov və 1992-ci il təvəllüdlü Rasim Heydər oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların hər üçünün vəziyyətinin ağır olduğu bildirilir
Faktla bağlıı araşdırmalara başlanılıb.
*** 9:12
Şəmkir rayonunda ağır yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolununun Şəmkir rayonunun Sarıtəpə kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
"Ford" markalı yük maşını idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya çatıdırılıblar. Onların kimliyi dəqiqləşdirilir.
Hadisənin başvermə səbəbləri Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.