Şəmkirdə ailəsini yandıran şəxsin xəsarət alan oğlu xəstəxanada öldü

Hadisə
  • 12 aprel, 2020
  • 12:36
Şəmkirdə ailəsini yandıran şəxsin xəsarət alan oğlu xəstəxanada öldü

Şəmkir rayonunda yaşadığı evi içərisində olan ailə üzvləri ilə birgə yandıran şəxsin oğlu xəstəxanada ölüb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Aşağı Seyfəli kəndində baş vermiş yanğın zamanı xəsarət alan, 1982-ci il təvəllüdlü Əkbər Vəli oğlu Vəliyev yerləşdirildiyi Bakı şəhərindəki xəstəxanaların birində göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Onun həyat yoldaşı və dörd yaşlı qızının vəziyyəti isə ağır olaraq qalır. Ə.Vəliyev Aşağı Seyfəli kəndində dəfn olunub.