Şəmkirdə ağır yol qəzası olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Şəmkirdə ağır yol qəzası olub, ölənlər və yaralananlar var - YENİLƏNİB Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
395
15 İyul , 2021 01:27
Şəmkirdə ağır yol qəzası olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Şəmkirdə avtomobil qəzası zamanı xəsarət alanların adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, xəsarət alanlar "QAZel" markalı kiçik tutumlu yük maşınında olan Ağstafa rayon sakinləri, 1982-ci il təvəllüdlü Şahin Siyavuş oğlu Məmmədov və Ədalət Bayramovdur.

Qəza nəticəsində dünyasını dəyişənlərin şəxsiyyəti isə dəqiqləşdirilir.

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində, "QAZel" markalı kiçik tutumlu yük maşınınla "QAZ-31" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

00:37

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində olub.

"QAZel" markalı kiçik tutumlu yük maşını ilə "QAZ-31" markalı minik avtomobili toqquşub.

Nəticədə " "QAZ-31"də olan 3 nəfər hadisə yerində ölüb, digər avtomobildə olan 2 nəfər isə ağır xəsarətlər alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.


Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi