Şəmkirdə baş verən qəzada universitet tələbəsi ölüb - YENİLƏNİB-2 - FOTO

Şəmkirdə baş verən qəzada universitet tələbəsi ölüb - YENİLƏNİB-2 - FOTO Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi olub.
Hadisə
17 İyul , 2019 11:50

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi olub. 

"Report" xəbər verir ki, rayonun Çaparlı kənd sakini, 1998-ci il təvəllüdlü Kazım Vəfadar oğlu Hüseynov baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində həlak olub. 

Onun meyiti bu gün yaşadığı Çaparlı kəndinin qəbiristanlığında dəfn edilib. 

***00:05

Gecə saatlarında Şəmkir rayonunun Çaparlı kəndində baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.

"Report"n Qərb bürosu xəbər verir ki, qəza nəticəsində 21 yaşlı Mərdənov Fərid Arzu oğlu və onun eyni yaşlı həmyerlisi Sadıqov Rəşad Zakir oğlu ağır xəsarət alıb.

Hər iki yaralı öncə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Qəza nəticəsində ölənin Kazım adlı şəxs olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 16. iyul. 23:29

Şəmkir rayonunda ağır avtomobil qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza nəticəsində 1 nəfərin öldüyü daha 2 nəfərin isə yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi