Şəmkirdə ağır yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB - FOTO
- 20 sentyabr, 2019
- 09:13
Şəmkir rayonunda baş vermiş yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Chevrolet" markalı avtomobilin aşması nəticəsində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Asif Cəfərov hadisə yerində ölüb.
Nəqliyyat vasitəsinin sürücüsü - Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Üzeyir Şabanov və həmyerlisi, 1943-cü il təvəllüdlü Binəli Atakişiyev xəsarət alıb. Ü.Şabanovun vəziyyətinin orta-ağır olduğu bildirilir. B.Atakişiyev isə yüngül xəsarət alıb.
*** 12:11
Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şəmkir rayonunun Könüllü kəndində qeydə alınıb.
Qəza nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.