Şəmkirdə 62 yaşlı qadın yanıq xəsarətləri alıb

Hadisə
  • 02 iyun, 2019
  • 16:56
Şəmkirdə 62 yaşlı qadın yanıq xəsarətləri alıb

Şəmkirdə 62 yaşlı qadın yanıq xəsarətləri alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon sakini, 1957-ci il təvəllüdlü Anaxanım Əliyeva evində iş görən zaman ehtiyatsızlıqdan içərisi qaynar su ilə dolu olan qab onun üzərinə aşıb. 

Yanıq xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.