Şəmkirdə 61 qəbirin güldanları dağıdılıb, hadisə törədən şəxs saxlanılıb
Hadisə
- 01 aprel, 2019
- 11:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəmkir rayonunda 61 qəbirin güldanları dağıdılıb.
Bu barədə "Report"un Qərb bürosuna Yuxar Keçili kənd bələdiyyəsindən məlumat verilib.
"Qəbirlərin üzərindəki güldanlar yerindən qoparılıb. Güldanlar tam sınmayıb, sadəcə, zərbə təsirindən qopub. Bu cür hal kənddə ilk dəfədir yaşanır. Qəbiristanlığa gələn sakinlər hadisədən xəbər tutduqdan sonra polisə məlumat veriblər. Araşdırmalarla hadisəni törədən şəxsin ruhi xəstə olan 27 yaşlı, kənd sakini Coşqun Sabir oğlu Nəcəbov olduğu müəyyənləşib. O, polislər tərəfindən şöbəyə aparılıb".
Həmin şəxs hadisəni törətməsinə səbəb kimi martın 31-də kənd yerindəki yas mərasimində ona verilən halvanın az olmasına əsəbləşməsini göstərib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
21:16
Foto
Xankəndidə MDB dövlətlərinin rəsmiləri rəqəmsal texnologiyaların rəqabət mühitinə təsirini müzakirə ediblər
Biznes
21:04
Zelenski: Niderland Ukraynaya 1,7 milyard avroluq yardım paketi ayıracaq
Digər ölkələr
20:57
Tramp: Mənim dəstəyim Netanyahu üçün böyük əhəmiyyət kəsb edib
Digər ölkələr
20:56
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
Futbol
20:54
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə
20:49
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Fərdi
20:39
İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır
Region
20:30
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Hadisə
20:07
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Region