Şəmkirdə 53 yaşlı qadın döyülərək ağır xəsarət alıb

Hadisə
  • 24 oktyabr, 2019
  • 19:43
Şəmkirdə 53 yaşlı qadın döyülərək ağır xəsarət alıb

Şəmkir rayonunda döyülmə faktı qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Alabaşlı kəndində qeydə alınıb.

Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü G.B-yeva yaşadığı evdə döyülərək müxtəlif bədən xəsarətləri alıb. O, ağır halda xəstəxanaya aparılıb.

Qadının dediyinə görə, onu bacısı və keçmiş əri döyüb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi