Şəmkirdə 34 yaşlı kişiyə bıçaq xəsarəti yetirilib

Şəmkirdə 34 yaşlı kişiyə bıçaq xəsarəti yetirilib Şəmkirdə 34 yaşlı kişi bıçaqlanıb.
Hadisə
16 İyul , 2022 08:18
Şəmkirdə 34 yaşlı kişiyə bıçaq xəsarəti yetirilib

Şəmkirdə 34 yaşlı kişi bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ələsgərli kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü B.Xəlilov bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb.

Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi və kim tərəfindən törədildiyi hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi