Şəmkirdə 3 yaşlı körpəni öldürən şəxsin görüntüləri yayılıb - FOTO

Şəmkirdə 3 yaşlı körpəni öldürən şəxsin görüntüləri yayılıb - FOTO Qıcolmadan öldüyü ehtimal edilən uşağın qəsdən öldürüldüyü məlum olub
Hadisə
17 Avqust , 2015 15:21
Şəmkirdə 3 yaşlı körpəni öldürən şəxsin görüntüləri yayılıb - FOTO

Bakı. 17 avqust. REPORT.AZ/ Şəmkirdə 3 yaşlı körpəni öldürən şəxsin görüntüləri yayılıb. “Report” hüquq-mühafizə orqanlarından əldə etdiyi fotonu təqdim edir.

Qeyd edək ki, Şəmkir rayonunda qıcolmadan öldüyü ehtimal edilən uşağın qəsdən öldürüldüyü məlum olub. Belə ki, 2015-ci ilin aprel ayında rayonun İlmaşlı kəndinin 32 yaşlı sakini Fariz Mirzəyev qeyri-rəsmi nikahda yaşadığı 25 yaşlı Bahar Hüseynovanın 3 yaşlı oğlu Nihata zor tətbiq edərək onun ölümünə səbəb olub. Ögey ata uşağın qıcolmadan öldüyünü bildirib. Uşaq İrmaşlı kəndində yerləşən qəbiristanlıqda basdırılıb. Şəmkir rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının hər hansı bir xəstəlikdən deyil, 32 yaşlı Fariz Mirzəyev tərəfindən öldürüldüyü 5 ay sonra müəyyən edilib.

Hazırda şübhəli şəxs saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi