Şəmkirdə 29 yaşlı gənc güllələnərək qətlə yetirilib - YENİLƏNİB

Şəmkirdə 29 yaşlı gənc güllələnərək qətlə yetirilib - YENİLƏNİB Şəmkir rayonunda qətl hadisəsi baş verib.
Hadisə
2 May , 2019 19:09
Şəmkirdə 29 yaşlı gənc güllələnərək qətlə yetirilib - YENİLƏNİB

Şəmkir rayonunda qətl hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. 

Belə ki, Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Kəramət Şükür oğlu Məmmədov odlu silahdan açılan atəş nəticəsində ölüb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələ ki məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 16:21

Şəmkir rayonunda silahlı insident baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonu şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi