Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Hadisə
  • 26 dekabr, 2019
  • 18:50
Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Zəyəm-Sabir kənd yolunda qeydə alınan yol qəzası zamanı 2 nəfər - Əhməd Rüstəmov və Şakir Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar "təcili yardım" avtomobilləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 21:03

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Zəyəm-Sabir kənd yolunda qeydə alınıb. 

Hərəkətdə olan 2 minik avtomobilin toqquşması nəticəsində, hər iki minik avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. 

Qəzanın başvermə səbəbləri araşdırılır.

44 - Tezliklə