Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alan var

Hadisə
  • 13 noyabr, 2019
  • 17:36
Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alan var

Şəmkir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb. 

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Akay Məhərrəmov xəsarət alıb. Yaralı təcili yardımın köməyi ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

44 filmi