Şəmkir sakini torpaq sahəsinə görə əmisi arvadını döyüb
Hadisə
- 15 mart, 2017
- 19:33
Şəmkir. 15 mart. REPORT.AZ/ Şəmkirdə qohumlar arasında torpaq sahəsi üstündə düşən davada qadın döyülüb.
Şəmkir rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Könüllü kəndində baş verib.
Kənd sakini Anar Namazovla əmisi arvadı Minarə Namazova arasında torpaq sahəsi üstündə mübahisə yaranıb. Bu zaman A.Namazov qadını döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. Yaralı qadın yaxınlarının köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən M.Namazovanın vəziyyəti orta-ağırdır. Hadisəni törədən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.
Son xəbərlər
15:13
Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək
Region15:06
Foto
Biləsuvar, Cəlilabad və İmişlidə Anım Günü ilə bağlı tədbirlər keçirilib
Daxili siyasət14:57
Foto
Cənub rayonlarında şəhidlərin xatirəsi yad olunub
Daxili siyasət14:48
Foto
Xaçmaz rayonunda Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib
Daxili siyasət14:46
Foto
Anım Günü ilə bağlı 80 vətəndaşa pulsuz hüquqi yardım göstərilib
Daxili siyasət14:41
SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib
Region14:38
Foto
Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
Daxili siyasət14:31
Foto
Şuşa, Zəngilan və Cəbrayılda Anım Günü ilə bağlı tədbirlər keçirilib
Daxili siyasət14:26
Foto
Video