Şəmkir sakini həmyerlisini ölümlə hədələyib

Hadisə
  • 12 aprel, 2018
  • 07:55
Şəmkir sakini həmyerlisini ölümlə hədələyib

Bakı. 12 aprel. REPORT.AZ/ Aprelin 10-da Şəmkir rayonunun Qapanlı kəndində kənd sakini Elvin Əmiraslanov münaqişə zəminində həmkəndlisi Şamil Adamovu tüfənglə öldürəcəyi ilə hədələyib və ayağının yaxınlığına bir dəfə atəş açıb.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən E.Əmiraslanov saxlanılıb, ondan “İJ-16” markalı tüfəng götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.