Şəkidə yol qəzası baş verib, xəsarət alan var

Şəkidə yol qəzası baş verib, xəsarət alan var Şəki. 19 fevral. REPORT.AZ/ Şəki rayonunda yol qəzası baş verib.
Hadisə
19 Fevral , 2019 17:19
Şəkidə yol qəzası baş verib, xəsarət alan var

Şəki. 19 fevral. REPORT.AZ/ Şəki rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 31 yaşlı Tehran Ramazanovun idarə etdiyi "VAZ-21099" markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi