Şəkidə sel fəsadlara səbəb olub
Hadisə
- 13 avqust, 2026
- 01:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Güclü leysan yağışlarının yağması nəticəsində Şəki rayonundan keçən dağ çaylarında suyun səviyyəsi artıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, sel suları nəticəsində dağlıq ərazilərdən lil və çınqıl kütləsi Kiş kəndindən yuxarıda yerləşən istirahət mərkəzlərinə gedən avtomobil yoluna tökülüb.
Nəticədə yolda hərəkət məhdudlaşıb. Bir neçə avtomobil lilə batıb, lakin sakinlərin köməyi ilə ərazidən çıxarılıb.
Hazırda ərazidə ağır texnikanın köməyi ilə yolun təmizlənməsi istiqamətində işlər aparılır. İstirahət mərkəzlərində olan vətəndaşların isə yolsuzluq şəraitinə uyğun avtomobillərlə keçidi təmin olunub.
Son xəbərlər
12:55
Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb
İnfrastruktur
12:55
Xəzər rayonunda ötən il 6 qadın və 1 kişi məişət zorakılığına məruz qalıb
Sosial müdafiə
12:54
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib
Daxili siyasət
12:52
Makron iğtişaşların yaşandığı Marselə səfər edəcək
Digər ölkələr
12:50
Foto
Ceyhun Bayramov niderlandlı həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
Xarici siyasət
12:49
U-15 millisinin baş məşqçisi Famil Xəlilov: "Əsas hədəf qrupu ikinci pillədə başa vurmaqdır"
Futbol
12:47
Foto
Pərviz Şahbazov: "Artan enerji tələbatı fonunda qaz sektoruna investisiyalar vacibdir"
Energetika
12:45
Nihal Saad: Bir çox ölkələr süni intellektlə bağlı çağırışlara hələ hazır deyil
Xarici siyasət
12:43
Foto
Adil Kərimli və Migel Anxel Moratinos mədəniyyət diplomatiyasında əməkdaşlığı müzakirə ediblər
Mədəniyyət siyasəti