Şəkidə qadını avtomobil vuraraq öldürüb

Hadisə
  • 14 oktyabr, 2022
  • 17:34
Şəkidə qadını avtomobil vuraraq öldürüb

Şəki şəhərinin Salman Mümtaz küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hərəkətdə olan "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Abbasova Səadət Səlahəddin qızını vurub.

Ağır bədən xəsarətləri alan qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.