Şəkidə piyadanı avtomobil vurub

Şəkidə piyadanı avtomobil vurub Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
231
26 İyul , 2021 19:55
Şəkidə piyadanı avtomobil vurub
0 : 00
0 : 00

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçən piyada, 1972-ci il təvəllüdlü Aydın Ramazanov "Skhoda" markalı minik avtomobili tərəfindən vurulub. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi