Şəkidə yol qəzasında xəsarət alan piyadanın kimliyi məlum oldu - YENİLƏNİB

Şəkidə yol qəzasında xəsarət alan piyadanın kimliyi məlum oldu - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Mart , 2021 21:10
Şəkidə yol qəzasında xəsarət alan piyadanın kimliyi məlum oldu - YENİLƏNİB
0 : 00
0 : 00

Şəkidə yol-nəqliyyat hadisəsində xəsarət alan piyadanın şəxsiyyəti məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, sürücü Elşən Babayev idarə etdiyi "Opel" markalı avtomobil yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Ələddin Məmmədovu vurub. Hadisə zamanı Ələddin Məmmədov müştərək travma, qapalı kəllə-beyin travmaları alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

19:37

Şəki rayonunda piyadanı avtomobil vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən yaşlı kişini "Opel" markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi