Şəkidə piyadanı avtomobil vurub
Hadisə
- 10 noyabr, 2018
- 10:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəki.10 10 noyabr. REPORT.AZ/ Şəkidə piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Sarıca kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobili yolu keçmək istəyən kənd sakini, 1972-ci il təvəllüdlü Əlizamin Həmid oğlu Fərhadovu vurub. Nəticədə 46 yaşlı Ə.Fərhadov xəsarət alıb və Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Müayinə zamanı onun baş və bədənin əksər hisslərində xəsarətlər aşkarlanıb. Yaralının müayinə və müalicəsi davam etdirilir.
Həkimlər Ə.Fərhadovun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:05
Foto
Report Media Məktəbinin 22-ci qrupu təlim proqramına qoşulub
Media
16:05
AKTA: Məsafədən kredit vermək məlumatların qorunmasında yeni suallar yaradır
Maliyyə
16:00
Əminə Məlikova: Azərbaycan Xalça Muzeyi ziyarətçilərlə ənənəvi incəsənət vasitəsilə dialoq qurur
İncəsənət
16:00
İranın səfiri: Korrupsiya ilə bağlı mübarizədə çoxtərəfli əməkdaşlıq faydalıdır
Xarici siyasət
15:59
Foto
Video
"AzerGold" UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Sənaye
15:58
Azərbaycan banklarının xalis xarici aktivləri 23 %-ə yaxın artıb
Maliyyə
15:56
Foto
Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub
Turizm
15:55
Oman korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırıb
Digər ölkələr
15:53
Azərbaycan Kubokunun II təsnifat mərhələsinin daha 3 matçı baş tutub
Futbol