Şəkidə oğurluğa görə tutulan şəxsin daha bir cinayətinin üstü açılıb

Hadisə
  • 19 may, 2018
  • 07:32
Şəkidə oğurluğa görə tutulan şəxsin daha bir cinayətinin üstü açılıb

Bakı. 19 may. REPORT.AZ/ Şəkidə oğurluğa görə tutulan şəxsin daha bir cinayətinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu, Aqil Sadıqovun ətrafında Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyənləşib. Onun evlərin birindən 8 500 manat dəyərində qızıl və məişət əşyaları oğurladığı da üzə çıxıb.