Şəkidə mikroavtobusla yük avtomobili toqquşub, xəsarət alanlar var

Şəkidə mikroavtobusla yük avtomobili toqquşub, xəsarət alanlar var Şəki şəhərinin Salman Mümtaz küçəsində mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var.
Hadisə
30 Sentyabr , 2022 19:21
Şəkidə mikroavtobusla yük avtomobili toqquşub, xəsarət alanlar var

Şəki şəhərinin Salman Mümtaz küçəsində mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Balakəndən Bakı istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı sərnişin mikroavtobusu ilə "UAZ" markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində "UAZ"ın sürücüsü, Şəki sakini 64 yaşlı Səyyar Səlimov və mikroavtobusun sərnişinlərindən biri 27 yaşlı Balakən sakini Ulduz Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi