Şəkidə gənc oğlan bıçaqlanıb

Şəkidə gənc oğlan bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Fevral , 2019 17:13
Şəkidə gənc oğlan bıçaqlanıb

Şəki. 7 fevral. REPORT.AZ / Şəki rayonunda 19 yaşlı gənc bıçaqlanıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Çayqaraqoyunlu kəndi ərazisində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Çayqaraqoyunlu kənd sakini Rəşid Əli oğlu Ağamalıyevlə həmkəndlisi İsmayıl Əhmədov arasında şəxsi münasibətlər zənmində mübahisə baş verib. Mübahisə zamanı İ.Əhmədov üzrində olan bıçaqla R.Ağamalıyevi bıçalayıb. R.Ağamalıyev döş qəfəsinin sol hissəsinin deşilmiş yarası dioqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi