Şəkidə evdən ər və arvadın meyiti tapılıb

Şəkidə evdən ər və arvadın meyiti tapılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Dekabr , 2018 15:35
Şəkidə evdən ər və arvadın meyiti tapılıb
0 : 00
0 : 00

Şəki. 3 dekabr. REPORT.AZ/ Şəki rayonunda fərdi yaşayış evində meyiti tapılan ər və arvadın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 1937-ci il təvəllüdlü Bahadır Zalovun və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Elmira Əhmədiyyə qızı Zalovanın üzərində zorakılıq əlamətləri olmayan meyitləri yaşadığı ünvanda tapılıb.


*** 14:22

Şəki. 3 dekabr. REPORT.AZ/ Şəki rayonunda evdən yaşlı kişi və qadının meyiti tapılıb. 

"Report"un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki şəhəri, Salman Mümtaz küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hələlik şəxsiyyəti məlum olmayan qadın və kişinin ər-arvad olduqları bildirilir. Hər iki şəxsin meyiti muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi