Şəkidə bir həftə əvvəl itkin düşmüş kişinin meyiti tapılıb - YENİLƏNİB
- 06 mart, 2019
- 08:00
Şəki rayonunda bir həftə əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Cumakənd kəndinin sakini, 1967-ci il təvəllüdlü Rəşid Yusifov fevralın 27-si axşam saatlarında yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və geri qayıtmayıb.
52 yaşlı kişinin meyiti Cumakənd kəndi ərazisində tapılıb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
*** 10:03
Şəki. 6 mart. REPORT.AZ/ Şəki rayonunda naməlum kişi meyiti tapılıb.
"Report"un yerli bürosu xəbər verir ki, meyit rayonun Cumakənd kəndinin ərazisində aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.
Əraziyə baxış keçirilib, meyitin kimə məxsus olması və onun hansı şəraitdə ölməsi ilə bağlı araşdırmalara başlanılıb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə yerləşdirilib.