Şəkidə avtoservis yanıb

Şəkidə avtoservis yanıb Şəkidə avtoservisdə yanğın olub. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın şəhərin Sarabski küçəsində yerləşən avtoservisdə qeydə alınıb. Yanğın zamanı avtoservisin daxilində olan 7 avtomobil təmiri sexi içərisindəki avadanlıqlarla bir
Hadisə
6 İyul , 2022 11:23
Şəkidə avtoservis yanıb

Şəkidə avtoservisdə yanğın olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın şəhərin Sarabski küçəsində yerləşən avtoservisdə qeydə alınıb.

Yanğın zamanı avtoservisin daxilində olan 7 avtomobil təmiri sexi içərisindəki avadanlıqlarla birlikdə yanıb. Sexlərdən birində olan "VAZ-2107" markalı avtomobil də yanaraq kül olub.

Hadisə yerində Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi