Şəkidə avtomobildən tüfəng götürülüb

Hadisə
  • 30 iyul, 2018
  • 09:18
Şəkidə avtomobildən tüfəng götürülüb

Bakı. 30 iyul. REPORT.AZ/ Şəkidə avtomobildən tüfəng götürülüb.  

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Orta-Zəyzid kənd sakini Xanoğlan Babayevin idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.