Şəkidə avtomobil maneəyə çırpılıb, ölən və yaralanan var - YENİLƏNİB

Şəkidə avtomobil maneəyə çırpılıb, ölən və yaralanan var - YENİLƏNİB Şəkidə avtomobil qapıya çırpılıb, ölən və yaralanan var
Hadisə
21 Yanvar , 2019 15:30
Şəkidə avtomobil maneəyə çırpılıb, ölən və yaralanan var - YENİLƏNİB

Şəki. 21 yanvar. REPORT.AZ/ Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Şəki şəhər sakini, 25 yaşlı Tərlan Fərid oğlu İsgəndərov idarə etdiyi 55 BT 367 dövlət qeydiyyatı nişanlı "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi şəhərin giriş qapısına çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, Şəki rayon sakini, 69 yaşlı Qərib Hacıyev qabırğaların çoxsaylı sınığı diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qəzanın kəskin duman və yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir.


*** 11:49

Şəki. 21 yanvar. REPORT.AZ/ Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq Şəki şəhərinin giriş qapısına çırpılıb. 

Yol qəzası zamanı ölən və yaralanın olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi