Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var

Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var Şəki şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 May , 2022 01:58
Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var

Şəki şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndindən keçən hissəsində qeydə alınıb.

Şəki sakini, 1985-ci il təvəllüdlü Ruslan Zeynalovun idarə etdiyi 90-OT-023 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobil idarəetmədən çıxaraq körpüdən çaya düşüb. Əraziyə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və daha bir nəfər sərnişini xilas etmək üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qəza Xilasedici dəstəsi cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər çıxarılaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralıların hər ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi