Şəkidə 86 yaşlı kişi itkin düşüb

Şəkidə 86 yaşlı kişi itkin düşüb Şəki. 25 sentyabr. REPORT.AZ/ Şəki rayonunda 86 yaşlı kişi itkin düşüb.
Hadisə
25 Sentyabr , 2018 13:22
Şəkidə 86 yaşlı kişi itkin düşüb
0 : 00
0 : 00

Şəki. 25 sentyabr. REPORT.AZ/ Şəki rayonunda 86 yaşlı kişi itkin düşüb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, Şəki şəhər sakini, 1932-ci il təvəllüdlü İslam Zahirov yaşadığı evdən mağazaya getmək adı ilə evdən çıxıb və indiyədək geri qayıtmayıb. Onun evdən çıxanda əynində göy rəngli idman şalvarı, qara rəngli pencək, pencəyin altından geyinilən jilet və ayağında rezin ayaqqabı olub. Boyu 165 sm, orta bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki şəhər rayon Polis şöbəsinə 024-244-4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi