Səhiyyə Nazirliyi: Oqtay Gülalıyevin əməliyyatı bitib - YENİLƏNİB-2

Səhiyyə Nazirliyi: Oqtay Gülalıyevin əməliyyatı bitib - YENİLƏNİB-2 Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı üçüncü dəfə məlumat yayıb.
Hadisə
30 Oktyabr , 2019 15:33
Səhiyyə Nazirliyi: Oqtay Gülalıyevin əməliyyatı bitib  - YENİLƏNİB-2

Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı üçüncü dəfə məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda deyilir:

"City Hospital"dan Səhiyyə Nazirliyinə verilən məlumata görə, Oqtay Gülalıyevin əməliyyatı bitib. Hələlik əməliyyat blokundadır. 20 dəqiqəyə Reanimasiya şöbəsinə düşürüləcək".


*** 13:00

Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı növbəti dəfə məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda deyilir: 

""City Hospital"dan Səhiyyə Nazirliyinə verilən məlumata görə Oqtay Gülalıyev əməliyyata hazırlanıb, ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib. Səhiyyə Nazirliyi "City Hospital"a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək".


*** 11:59

Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı məlumat yayıb.

"Report"un xəbərinə görə, açıqlamada bildirilib ki, Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib. 

"Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan "City Hospital"a köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi