"Sədərək" ticarət mərkəzində dükandan pul oğurlayan şəxs kameraya düşüb - VİDEO

"Sədərək" ticarət mərkəzində dükandan pul oğurlayan şəxs kameraya düşüb - VİDEO Oğurluq edən şəxs pulları götürdükdən sonra pul kisəsini yerinə gətirib qoyub
Hadisə
11 Oktyabr , 2017 07:28
Sədərək ticarət mərkəzində dükandan pul oğurlayan şəxs kameraya düşüb - VİDEO
Report

Bakı. 11 oktyabr. REPORT.AZ/ “Sədərək” ticarət mərkəzində yerləşən dükanlardan birində oğurluq hadisəsi baş verib.

"Report" xəbər verir ki, insident ticarət mərkəzindəki qab-qacaq satılan mağazada qeydə alınıb.

Dükan sahibi nəzarət kameralarının köməkliyi ilə müəyyən edib ki, satılan əşyaların qiyməti ilə maraqlanan naməlum daimi müştərilərdən biri satıcının bayıra çıxmasından istifadə edərək içərisində xeyli miqdarda vəsait olan pul kisəsini götürüb. Mağazanı tərk edən naməlum şəxs bir neçə dəqiqədən sonra yenidən dükana qayıdıb və götürdüyü pul kisəsini yerinə qoyub.

Hadisə barədə zərəçəkən iş vaxtı başa çatandan sonra xəbər tutub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi