Sədərək Ticarət Mərkəzində baş verən yanğın zamanı mühafizəçi xəsarət alıb, daha bir nəfər zəhərlənib - FOTO

Sədərək Ticarət Mərkəzində baş verən yanğın zamanı mühafizəçi xəsarət alıb, daha bir nəfər zəhərlənib - FOTO Onlar xəstəxanaya aparılıblar
Hadisə
24 Sentyabr , 2016 10:25
Sədərək Ticarət Mərkəzində baş verən yanğın zamanı mühafizəçi xəsarət alıb, daha bir nəfər zəhərlənib - FOTO

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu gün Sədərək Ticarət Mərkəzində baş vermiş yanğın zamanı iki nəfər zərər çəkib.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın nəticəsində ticarət mərkəzində mühafizəçi işləyən 41 yaşlı Azər Sadıqov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

Eyni zamanda, ticarət mərkəzində satıcı işləyən Sərdar adlı şəxs tüstüdən zəhərlənib. 

Onlar "Təcili tibbi yardım" maşını ilə xəstəxanaya aparılıblar. 

Qeyd edək ki, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olub. Yanğın pərdə-tül mağazasında baş verib və ümumilikdə 39 kvadratmetr ərazi yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir. Yanğının baş vermə səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi