Sankt-Peterburqda kütləvi dava zamanı Azərbaycan vətəndaşı öldürülüb

Sankt-Peterburqda kütləvi dava zamanı Azərbaycan vətəndaşı öldürülüb Sofiya tərəvəz bazasında təqribən 100-200 nəfərin iştirak etdiyi davada atışma da olub
Hadisə
20 İyun , 2016 17:03
Sankt-Peterburqda kütləvi dava zamanı Azərbaycan vətəndaşı öldürülüb

Bakı. 20 iyun. REPORT.AZ/ Sankt-Peterburqda Sofiya tərəvəz bazasında kütləvi dava baş verib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, təqribən 100-200 nəfərin iştirak etdiyi davada atışma da olub.

Nəticədə soyadı İsmayılov olan 43 yaşlı Azərbaycan vətəndaşı ölüb. 

İlkin məlumata görə, iki Azərbaycan vətəndaşı arasında yaranan və kütləvi davaya gətirib çıxaran münaqişə borc üstündə baş verib. 

Son xəbərlər

Orphus sistemi