Sankt-Peterburqda altı azərbaycanlı saxlanılıb

Sankt-Peterburqda altı azərbaycanlı saxlanılıb Saxlanılanların hamısı taksi sürücüsüdür
Hadisə
29 Mart , 2017 10:00
Sankt-Peterburqda altı azərbaycanlı saxlanılıb

Bakı. 29 mart. REPORT.AZ/ Sankt-Peterburqda altı Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, DİN-in Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin cinayət-axtarış bölməsinin əməliyyatçıları axtarış aparıb və altı Azərbaycan vətəndaşını saxlayıb.

İlkin məlumatlara görə, əməliyyat təxminən bir ay əvvəl Mərkəzi rayon İstintaq İdarəsinin "soyğunçuluq" maddəsi üzrə başlatdığı cinayət işi üzrə keçirilib.

Məlum olub ki, saxlanılanların hamısı taksi sürücüsü kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi