Sankt-Peterburq metrosundakı terror aktı zamanı ölən azərbaycanlının meyiti Bakıya gətirilib
- 05 aprel, 2017
- 12:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 aprel. REPORT.AZ/ Sankt-Peterburq metrosundakı terror aktı zamanı ölən azərbaycanlı Dilbarə Əliyevanın meyiti Bakıya gətirilib və qohumlarına təhvil verilib.
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğundan "Report"a verilən məlumata görə, dünən meyitin tanınması və sənədləşdirmə işləri yekunlaşıb və D.Əliyevanın meyiti bu gün yerli vaxtla saat 11:00-da təyyarə ilə Bakıya göndərilib.
Xatırladaq ki, 20 yaşlı D.Əliyeva aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terror aktı nəticəsində həlak olub. O, imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin üçüncü kurs tələbəsi olub. D.Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaş olmasına baxmayaraq, mərhum tarixi vətənində dəfn ediləcək.