Çinin Şanxay şəhərinin Pudonq Beynəlxalq Hava Limanında “Ethiopian Airlines”ə məxsus “Boeing 777F” tipli yük təyyarəsində yanğın baş verib.
“Report” “Aero Time”ə istinadən xəbər verir ki, təyyarənin əsas yük bölümündə yük vurularkən yaranan alovlanma daha sonra təyyarə gövdəsinin üst qisminə yayılıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və alov məhdudlaşdırılıb.
Təyyarə dünən Brüsseldən gələrək daha sonra San Paoloya, oradan da Santyaqoya göndərilməsi nəzərdə tutulurdu.
Yanğınla əlaqədar olaraq, cari uçuşlar Pudonq Beynəlxalq Hava Limanından şəhərin Honqciao Beynəlxalq Hava Limanına yönləndirilib. Hadisə nəticəsində xəsarət alan yoxdur.
“Ethiopan Airlines” şirkəti “Facebook” səhifəsindəki hesabından hadisəyə dair təhqiqatın aparıldığını bildirib.