Samuxda tələbə qız intihar edib - YENİLƏNİB

Hadisə
  • 01 iyun, 2019
  • 17:16
Samuxda tələbə qız intihar edib - YENİLƏNİB

Samux rayonunun Eldar kəndi ərazisində yaşadığı evin çardağında özünü asaraq intihar edən gənc qızın şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, kənd sakini, 2000-cı il təvəllüdlü Bəsti Yasin qızı Allahverdiyevanın 2-ci kurs tələbəsi olduğu bildirilir. Meyit müayinə üçün tibbi ekspertizaya aparılıb.

Onun hansı səbəbdən intihar etdiyi hələki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


*** 19:13


Samux rayonunda tələbə qız intihar edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Eldar kəndində qeydə alınıb. 

Belə ki, həmin kənddə yaşayan, hələlik şəxsiyyəti məlum olmayan və tələbə olduğu deyilən gənc qız özünü yaşadığı evin çardağından asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Əraziyə baxış keçirilib və intiharın səbəbləri araşdırlır. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Samux rayon şöbəsinə yerləşdirilib.