Samuxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Samuxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Sentyabr , 2017 11:41
Samuxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Report

Samux. 26 sentyabr. REPORT.AZ/ Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarayeri kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Qarayeri qəsəbəsi ərazisində qəsəbə sakini Fərid Hüseynov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən həmyerlisi Adilə Qurbanovaı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı raşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi